Modern.az

Baş nazir Şura üzvlərini TOPLADI

Baş nazir Şura üzvlərini TOPLADI

İqtisadiyyat

14 Dekabr 2021, 12:04

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

 

Bu barədə Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi