Modern.az

Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI

Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI

İqtisadiyyat

15 Dekabr 2021, 16:57

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 88,0 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, Xorvatiya, İsrail, İspaniya, Gürcüstan, Hindistan, Birləşmiş Krallıq, Portuqaliya, Tunis, ABŞ, İran, Belarus, İsveçrə, Kanada, Yunanıstan, Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Modern.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, ölkəyə idxal olan məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiyanın, 15,9 faizi Türkiyənin, 14,0 faizi Çinin payına düşüb.

 

5,7 faizi Almaniyanın, hər biri 3,9 faiz olmaqla ABŞ və Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,3 faizi İranın, 2,5 faizi Birləşmiş Krallığın, 2,3 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,6 faizi Fransanın, 1,5 faizi Braziliyanın, 1,2 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1,0 faizi Vyetnamın, hər biri 0,9 faiz olmaqla Polşa və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Rumıniya, Niderland və İsveçrənin, 14,5 faizi isə digər ölkələrin payına düşüb.

 

2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə mühüm məhsul növlərindən xam şəkər  1,9 dəfə, çay – 4,4 faiz, kartof – 20,8 faiz, təzə tərəvəz – 40,0 faiz idxal olunub.

 

Bundan əlavə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 68024 ədəd minik avtomobili, 4571 ədəd yük avtomobili, 186 ədəd avtobus idxal olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?