Modern.az

FED uçot dərəcəsini dəyişmədi

FED uçot dərəcəsini dəyişmədi

İqtisadiyyat

16 Dekabr 2021, 00:54

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

 

FED 2021-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 5,9%-dən 5,5%-ə, 2022-ci ildə isə 3,8%-dən 4,0%-ə endirib.

 

2023-cü ildə ölkədə iqtisadi artım gözləntiləri 2,5%-dən 2,2%-ə aşağı salınıb. 2024-cü ildə ABŞ-da ÜDM artımının 2,0% olacağı gözlənilir.

 

Qeyd edək ki, FED noyabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!