Modern.az

Avropa Birliyi-Azərbaycan əməkdaşlığı dərinləşəcək

Avropa Birliyi-Azərbaycan əməkdaşlığı dərinləşəcək

İqtisadiyyat

16 Dekabr 2021, 11:25

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Sammitdə iştirak edir. Azərbaycan-Avropa İttifaqı əlaqələrində diqqət çəkən məqamlardan biri də  iqtisadi əlaqələrdir.


Sammit iki tərəfdaş üçün hansı  iqtisadi qapıları açacaq, Azərbaycan Avropa üçün uğurlu tərəfdaşa çevrilə biləcəkmi?


Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, Sammitdən sonra iqtisadi əlaqələr daha da güclənəcək:


“Sammitin proqramının fəaliyyət istiqamətlərindən biri də iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılmasıdır. Nəzərə alaq ki, Azərbaycan bu istiqamətdə Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Eyni zamanda Azərbaycan AB-nin ən böyük ticarət tərəfdaşıdır. Belə ki, AB-nin regionla ticarət birliyinin 70 %-i məhz Azərbaycanın payına düşür. Eləcə də Azərbaycanın xarici ticarətində əsas istiqamət AB-nin üzərinə düşür. Bu konteksdən iki tərəfdaş arasında iqtisadi əməkdaşlıq kifayət qədər genişdir və gözlənilir ki, bu, son Sammitdən sonra aparılan müzakirələrdə daha da dərinləşsin. Bizim üçün Avropadan investisiyanının cəlb edilməsi prioritetdir. Bu istiqamətdə işlərin görülməsi gözlənilir. Digər tərəfdənsə, qarşılıqlı ticarət dövriyyəsinin artırılıması əsas hədəflərdən biridir. Əsas da azərbaycanlı sahibkarların xaricə çıxış imkanlarının daha çox olması bizim üçün vacibdir. Buna görə də toplantının Azərbaycana gələcək iqtisadi əməkdaşlıqla bağlı müsbət təsirləri olacaq. Azərbaycan və Avropa Birliyi arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşu növbəti illərdə daha da artacaq”. 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi