Modern.az

Azərbaycan bu il nə qədər investisiya cəlb edib?

Azərbaycan bu il nə qədər investisiya cəlb edib?

İqtisadiyyat

16 Dekabr 2021, 18:21

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına 11,708 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 11,2% azalıb.

 

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, investisiyalarının 33%-i 3,859 mlrd. manatı xarici sərmayələrin payına düşüb.

 

Qeyd edilir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3,580 mlrd. manatı (92,8%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi