Modern.az

Azad olunmuş ərazilərin hesabına idxaldan asılılıq azalacaq

Azad olunmuş ərazilərin hesabına idxaldan asılılıq azalacaq

24 Dekabr 2021, 14:35

“İqlim dəyişikliyi qlobal problem kimi kənd təsərrüfatı üçün də ciddi problemlər yaradır”.

 

Bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə Kənd Təsərrüfatının bu ilki problemləri haqqında Modern.az-a açıqlama verərkən deyib.

 

F.Fikrətzadə qeyd edib ki, qlobal istiləşmə quraqlıq risklərini çoxaldıb bu su ehtiyatlarına da mənfi təsir göstərir:

 

“Hazırda kənd təsərrüfatı üçün ən böyük çağırış qlobal istiləşmə, quraqlıq və su ehtiyatlarında yaranan problemlərdir. Hökümət suvrama infrastrukturunu inkişaf etdirmək üçün davam edən tədbirlərlə yanaşı, həm də suya qənaət edən texnologiyaların  genişləndirməsini də təşviq edir.  Damla və pivot suvarma sistemlərini tətbiq edən fermerlər bu avadanlıqların qiymətini 40% subistiyalaşmış qiymətlə alırlar ki, sudan qənaətlə istifadə edən texnologiyaların tətbiqi genişlənsin”.

 

Direktorun sözlərinə görə azad olunmuş torpaqları nəzərə alsaq, qarşıdakı illərdə heyvandarlıqda idxaldan asılılıq azalacaq:

 

“Özünütəminetmə ət məhsullarında 85%, süd məhsullarında isə 84%-dir. Azad olunmuş torpaqlarımızdakı heyvandarlq potensialını nəzərə alsaq, bu göstəricilərin qarşıdakı illər ərzində artacağını düşünürük. Taxıl məhsullarında özünütəminetmə qarğıdalı və arpada vəziyyət normaldır. Buğda ilə özünütəminetmə təxminən 57%-dir, 43% idxaldan asılıyıq. Xüsusilə un üçün istifadə olunan buğdada idxal daha yüksək səviyyədədir. Buğda ilə təminetmənin orta müddətli dövr ərzində 70%-ə çatacağını gözləyirik. Məhsuldarlığın artımı hesabına görə belə bir gözləntimiz var. Bu sahədə də azad olunmuş torpaqlarımızın qatqısı olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi