Modern.az

“Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlandı

“Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlandı

25 Dekabr 2021, 22:53

Maliyyə Nazirliyi vətəndaşları dövlət büdcəsi ilə əlçatan formada tanış etmək məqsədilə Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabını hazırlayaraq rəsmi internet səhifəsində yerləşdirib.

 

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

“Əvvəlki illərin büdcəsindən həcm və ünvanlılığı ilə fərqlənən 2022-ci ilin dövlət büdcəsi ölkəmizin qədəm qoyduğu yeni mərhələni, qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir. Vətəndaş öz həyatında xüsusi rol oynayan büdcə sənədində özünə lazım olan bütün məlumatları tapmalıdır. Ona görə də Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşın büdcə bələdçisi”ndə də bu məqamlara xüsusi üstünlük verilib”, - deyə kitabın “Ön söz”ündə bildirilir.

 

Bələdçidə ölkəmizin büdcə sistemi, büdcə təqvimi, dövlət büdcəsinin strukturu, büdcə-vergi siyasətinin prinsipləri, büdcə prosesi, 2022-ci il üzrə gəlir mənbələri və daxilolmalar, xərclərin istiqamətləri, o cümlədən prioritet xərclər, yerli gəlir və xərclər, eləcə də dövlət borcunun idarə edilməsi ilə bağlı xərclər barədə məlumatlar vətəndaşlara sadə anlaşıqlı dildə izah olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi