Modern.az

Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri

Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri

İqtisadiyyat

26 Dekabr 2021, 22:41

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, məhsulun 4 milyard 232,6 milyon manatı heyvandarlıq, 4 milyard 379,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

Əvvəlki ilin müvafiq dövrü il ə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cüml ədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,8 faiz artıb.

Sizə yeni x var
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA