Modern.az

Gələn il qeyri-neft sektorunun 4,9 % artacağı gözlənilir

Gələn il qeyri-neft sektorunun 4,9 % artacağı gözlənilir

İqtisadiyyat

30 Dekabr 2021, 18:29

Gələn il qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

 

"Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4 %-i səviyyəsində profisit gözlənilir.

 

Azərbaycan iqtisadiyyatının real sektorunda cari ildə başlamış artımın 2022-ci ildə davam edəcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə 2022-ci ildə real iqtisadi artım tempinin 3,9 % , o cümlədən qeyri-neft sektoru üzrə 4,9 % olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, kontr-tsiklik fiskal siyasət və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını təşkil edir.

 

2022-ci ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4,7 % artacağı gözlənilir. Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi və tətbiqin bərpa edilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir",- bəyanatda deyilir.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi