Yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 67 min 234 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 23 min 513 ton artım olub. Belə ki, 2020-ci ilin on bir ayında hava nəqliyyatı ilə 43 min 721 ton yük göndərilib.
Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-noyabr aylarında 8071 ton təşkil edib.