Modern.az

Bahalaşma varlıların da, kasıbların da büdcəsinə təsirsiz ötüşmür - Eks-deputat

Bahalaşma varlıların da, kasıbların da büdcəsinə təsirsiz ötüşmür - Eks-deputat

İqtisadiyyat

5 Yanvar 2022, 12:22

Son günlər daxili bazarda unun və çörəyin bahalaşması cəmiyyətdə birmənalı qarşılanmayıb. İctimaiyyət nümayəndələri bahalaşmaya qarşı etirazlarını müxtəlif formalarda ifadə edirlər.


Modern.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı Sona Əliyeva da un və digər ərzaq məhsulllarının bahalaşmasına dair fikirlərini bölüşüb.


Onun sözlərinə görə, aidiyyəti qurumlar gələcəkdə kəskin artımlar baş verməməsi və ya sui-istifadə hallarının olmaması üçün prosesləri tənzimləməlidir:


“Un məmulatlarının qiymətinin dəyişməsi dünyada gedən bahalaşması ilə birbaşa bağlıdır. Bu, dünyada gedən proseslərdir”.


Eks-deputat bildirib ki, əgər un məmulatlarını ölkəyə gətirən biznes sahibləri onu baha qiymətə alırlarsa, məhsulu ucuz qiymətə sata bilməzlər:


“Bu, aydın məsələdir. İstənilən halda bahalaşma varlıların da, kasıbların da büdcələrinə təsirsiz ötüşmür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?