Modern.az

2022-ci ilin əsas sosial-iqtisadi HƏDƏFLƏRİ

2022-ci ilin əsas sosial-iqtisadi HƏDƏFLƏRİ

İqtisadiyyat

5 Yanvar 2022, 14:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2021-ci ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib. Prezident qeyd edib ki, il ərzində qarşıya qoyulan bütün məqsədlər reallaşıb, ölkəmiz inkişaf edərək, daha güclü Azərbaycan kimi dünyada tanınır.

Ölkə başçısı, eyni zamanda, 2022-ci ilin hədəflərini də açıqlayıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, 2021- ci ildə əldə olunan iqtisadi artım 2022-ci ilin hədəflərinə xüsusi təsir göstərib:

 

 

“Nəzərə alsaq ki, pandemiya davam edir və 2021-ci ildə pandemiyanın təsirləri, ilin birinci yarısında daha çox hiss olundu. İlin ikinci yarısında pandemiyanın praktik olaraq Azərbaycanda nəzarətə götürülməsi 2022 -ci ildə daha geniş hədəflərin müəyyənləşməsinə imkan yaratdı. İqtisadi artım 2021 -ci ildə 3,5 faiz prqanozlaşdırılırdı, amma reallıqda 5 fazidən çox oldu. Eyni zamanda dövlət büdcəsinə 1,1 milyard manat proqnozlaşdırılandan daha çox vəsait cəlb olundu ki, bu da 2022 -ci ilin sosial hədəflərinə birbaşa təsir göstərir. Təbii ki, pandemiya dünyada hələ də davam edir. Bu da hədəflərə təsir göstərən faktlardan biri olaraq qalmaqdadır. Xüsusən də nəzərə alsaq ki, qlobal bazarda qiymət artımları davam edir. Bütövlükdə, 2021-ci ildə dünya bazarında son 30 ilin ən yüksək qiymət artımları müşahidə olundu. Gözlənilir ki, 2022 -ci ilin birinci yarısında da qiymət artımları davam edəcək. Ona görə də iqtisadi fəaliyyətdə qiymətlərin optimallaşması və qiymət artımlarına qarşı mübarizə tədbirləri əsas hədəflərdən biri olacaq. Xüsusən də yerli istehsalın dəstəklənməsi hesabına qiymətlərin optimallaşdırılması, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsi əsas hədəflərdəndir”.

 

V.Bayramov qeyd edib ki, 2022-ci ildə işğaldan azad olunan ərazilərin bərpa, yenidənqurma prosesinin davam etməsi və böyük qayıdışın məskunlaşma fazasına daxil olması da əsas hədəflərdəndir:

 

“Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatının reinteqrasiyası da mühüm hədəflərdən hesab olunur. Bu, birmənalı şəkildə Azərbaycan iqtisadi hədəflərinə təsir göstərəcək. İqtisadiyyatın ağardılması, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi də əsas hədəflər sırasındadır. Artıq vergi məcəlləsinə edilən dəyişiklik, nağdsız hesablaşmalarla bağlı edilən tətbiq edilən yeni qaydalarda əsas məqsədin məhz iqtisadiyyatın ağardılmasına, leqallaşmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, 2022-ci il üçün iqtisadi hədəflər kifayət qədər sistemli və genişmiqyaslıdır. Xüsusən də, 2021-ci ilin pozitiv yekunları bu ildə də həmin hədəflərə çatmaq üçün xüsusi zəmin yaradır. Bütün bunlar ondan xəbər verir ki, 2022-ci ildə islahatlar daha da dərinləşəcək”.

 

2022-ci ilin səhiyyə hədəflərindən bəhs edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov söyləyib ki, səhiyyənin hədəfi ilk olaraq dünyanı hələ də təhdid edən qlobal pandemiyaya qarşı mübarizədə əldə olunan naliyyətləri qoruyub saxlamaqdır:

 

 

“Sanitar-epidemioloji vəziyyəti nəzarət altında saxlamaq, peyvəndləmə prosesini mütəşəkkil şəkildə davam etdirmək, 3-cü dozanın vurulması üçün əhali arasında maariflənmə işlərinin aparılmasını sürətləndirmək 2022-ci ilin səhiyyə sahəsində əsas hədəflərindəndir. Qlobal bəlaya qarşı qlobal mübarizə çərçivəsində Azərbaycanın atdığı addımlar dünyada bir nümunədir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin 2022-ci ildə əsas hədəfi məhz pandemiyaya qarşı mübarizə olacaq”.

 

Deputat ilin növbəti hədəfinin isə ölkə üzrə həyata keçirilən icbari tibbi sığortanın uğurla davam etdirilməsi olduğunu qeyd edib:

 

“İcbari tibbi sığortanın işlək hala gətirmək üçün davamlı çalışmaq lazımıdır. Burada müəyyən modellərin tətbiqindən başqa, əsas interqasiya məsələlərini, yəni səhiyyə sisteminin elektron inteqrasiyasını əldə etmək əsas hədəflərdəndir. Ötən ilin dekabrında TƏBİB tərəfindən qərar verildi ki, artıq vətəndaş yaşadığı ərazidən asılı olamayaraq, istədiyi məkanda yerləşən xəstəxananı seçərək orada ambulator və ya stasionar müalicə ala bilər. Hesab edirəm ki, bu qərar ölkəmizdə sığorta tətbiqinin başlandığı müddətdə ən mütərəqqi addımlardan biridir. Deməli, sığorta prosesi uğurla həyata keçirilir. 2022-ci ildə tibbi sığorta yaxın illərdə nail olacağı hədəfin əsas özülünü qoyub. Heç bir dövlətdə ölkə rəhbərinin siyasi iradəsi olmadan icbari tibbi sığorta uğurla həyata keçirilə bilməz. İcbari tibbi sığortanın əlçatan olması Azərbaycanın hər bir vətəndaşının səhiyyənin bütün xidmətlərindən rahatlıqla istifadə etməsi üçün ən vacib modellərdən biridir”.

 

İ.Məmmədov bildirib ki, 2022-ci ilə səhiyyə sahəsində əsas hədəflər aşağıdakılardı:

“Pandemiyaya qarşı mübarizə tədbirlərini uğurla davam etdirmək;

İcbari tibbi sığortanın inkişafı, səhiyyə xidmətlərinin əlçatanlığını təmin etmək;

Dünyada səhiyyə sahəsində olan yenilikləri ölkəmizdə tətbiq etmək.

 

Ölkəmizdə tibbi infrastrukturun qurulması yüksək səviyyədədir. Azərbaycanın ən ucqar bölgəsində belə, müasir infrastruktura malik  tibbi mərkəzlər, xəstəxanalar, poliknikalar fəaliyyət göstərir”.

 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva qeyd edib ki, son illərin statistikasına nəzər saldıqda, 2021-ci il Azərbaycanda sosial sahədə inqilablar ili kimi tarixə düşüb:

 

 

“Sosial sahədə ölkə başçısının sərəncamları və göstərişləri ilə həyata keçirilən layihələr Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, rifah halının yaxşılaşmasına istiqamətlənən hədəflər olub. Bu layihələrdən hər bir Azərbaycan vətəndaşı və ailəsinin bütün təbəqələri bəhrələnib. Eyni zamanda, 2022-ci ildə ötən illərin davamı kimi nəzərdən keçirilməlidir. Bu ildə də başlanılan iqtisadi və sosial sahədə olan layihələr uğurlar davam etdiriləcək. Bunun proqnozları həm hökümət tərəfindən, həm də ölkə başçısı tərəfindən verilib. Ən azından işğaldan yeni azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işləri bunu deməyə əsas verir ki, 2022-ci il biz daha sürətlə nəzərdə tutulan quruculuq layihələrini uğurla gerçəkləşdirəcəyik. Çünki bu zamana qədər qarşımızda olan ən böyük problem Qarabağ problemi idi. Artıq bu problem birmənalı olaraq öz həllini tapıb və biz ölkəmizdə daha böyük quruculuq və sosial yönümlü hədəflərimizi reallaşdıracağıq”.

J.Əliyeva bildirib ki, Prezidentin Azərbaycanda ən böyük kapitalın insan kapitalı olduğunu hər dəfə çıxışlarında qeyd edir:

“Əminəm ki, 2022 -ci ildə insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra layihələr, hədəflər uğurla həyata keçiriləcək”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi