Modern.az

SOCAR karbon qazı tullantılarını sıfıradək azaldacaq

SOCAR karbon qazı tullantılarını sıfıradək azaldacaq

5 Yanvar 2022, 21:18

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ildə karbon qazı tullantılarını sıfıradək azaldacaq.

 

Modern.az xəbər verir ki, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə "Reuters" agentliyinə açıqlamasında deyib.

 

"Biz 2010-cu ildən Dünya Bankının səmt qazının yandırılmasının azaldılması proqramı çərçivəsində bunun üzərində işləyirik. 2022-ci ildə biz karbon neytrallığı səviyyəsinə çatacağıq", - deyə o bildirib.

 

Onun sözlərinə görə, tullantılar təkcə karbohidrogen hasilatı prosesi ilə əlaqədardır.

 

"Görülən işlər sayəsində bu günədək 20 il ərzində məşəllərdə yandırılmaqda olan səmt qazının 300-600 min kubmetrini ələ keçirmək mümkün olur", - R.Hüseynzadə deyib.

 

O əlavə edib ki, SOCAR "Neft daşları" və "Günəşli" dayazsulu yataqlarında ekoloji təmiz texnologiyalardan istifadə etməklə təbii qaz hasilatını ildə iki milyard kubmetrədək artıra bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular