Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana 300 milyon dollara yaxın sərmayə qoyulub.
Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, bu sərmayə körfəz ölkələri ilə Azərbaycanı daha da yaxınlaşdıracaq:
“Səudiyyə Ərəbistanı bütövlükdə investisiya qoyuluşu baxımından körfəzin aparıcı ölkələrindəndir. Ümumiyyətlə, dünyada sərmayə qoyuluşu baxımından potensialı var. Azərbaycana da həmin ölkənin cəlb edilməsi, o cümlədən qeyri-neft sektoruna sərmayə qoyuluşu çox vacib nüansdır. Bu iki ölkə arasında əlaqələrin gücləndirilməsi, daha çox xarici qüvvənin cəlb edilməsi baxımından ciddi addımdır.
Səudiyyə Ərəbistanının xüsusilə Türkiyə ilə də əməkdaşlığı var. Hətta Türkiyə iqtisadiyyatına təsir edən qüvvələrdəndir. Ona görə də belə sərmayələrin qoyuluşu körfəz ölkələr ilə əməkdaşlığın yeni mərhələyə keçidi deməkdir”.