Modern.az

Manatın məzənnəsi ilə bağlı YENİ PROQNOZ

Manatın məzənnəsi ilə bağlı YENİ PROQNOZ

22 Yanvar 2022, 09:50

2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 1 ABŞ dolları - 1,70 AZN nisbətində saxlanılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunub.

 

Məlumatda bildirilib ki, buna baxmayaraq, karbohidrogen məhsullarının qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, məzənnənin tənzimlənməsi nəzərdən keçirilə bilər. Bu, 2015-ci ildə Mərkəzi Bankın yaşadığına bənzər xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi