Ötən il ölkəyə daxil olan, aksiz vergisi tətbiq edilmiş məhsullardan əldə edilən gəlir proqnozlardan az olub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Faiq Orucov məlumat verib.
O qeyd edib ki, gəlirlərin aşağı olmasının səbəbi ölkəyə gətirilən tütün məhsullarının azalması ilə bağlıdır:
"2021-ci ildə Azərbaycana ən çox idxal edilən məhsullar avadanlıqlar olub. Əvvəlki illərlə müqayisədə tütün məhsullarının ölkəyə gətirilməsi azalıb".