Modern.az

Elektron gömrük bəyannamələrinin sayında rekord göstərici 

Elektron gömrük bəyannamələrinin sayında rekord göstərici 

İqtisadiyyat

24 Yanvar 2022, 13:10

2021-ci ildə elektron gömrük bəyannamələrin sayında rekord göstərici qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov deyib.

 

O qeyd edib ki, elektron gömrük bəyannamələrinin sayının aşağı göstəricisi 2020-ci ildə qeydə alınıb. Bunun səbəbi isə pandemiya ilə əlaqədar ölkəyə idxalın azalması idi: 

 

"2021-ci ildə elektron gömrük bəyannamələrinin sayı ən yüksək həddə çataraq, 13 milyon 250 min ədəd olub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi