Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.
E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, sonuncu dəfə 17 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi