Son aylarda keçirilən hərraclarda valyutaya tələb artıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.
E.Rüstəmov qeyd edib ki, bu, əvvəldən gözlənilən idi:
“Xarici valyutaya tələbin artması ilin sonunda büdcə xərlərinin artması və bununla əlaqədar olaraq dövriyyəyə daha çox vəsaitin daxil olması ilə əlaqədardır.
Ötən hərracda tələb bir qədər azaldı. Artıq əhali də 2022-ci ildə manatın məzənnəsinin sabit qalacağını başa düşdüyündən nağd dollar alışını da azaldıb”.
Qeyd edək ki, 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında dollar satışları yüksək olub. Həmin hərraclarda dollarv satışı 100 milyon dollardan çox olub.