Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikasının Mərkəzi Bankında (TCMB) yerləşdirdiyi depozitlərə dair məlumat yayıb.
Modern.az xəbər verir ki, Dövlət Neft Fondunun məlumatında deyilir:
"Bildiririk ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilmişdir. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılmışdır".