Modern.az

Avropa Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

Avropa Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

İqtisadiyyat

28 Yanvar 2022, 18:57

Avropa İttifaqı (Aİ) Azərbaycanla Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükünün artırılması məsələsini müzakirə etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson gələn həftə Bakıya səfər edəcək. Onun Azərbaycanın energetika naziri Pərviz Şahbazov, həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşü gözlənilir.

 

Xatırladaq ki, TAP-ın hazırkı gücü ildə 10 milyard kub metr təşkil edir.

 

Akif İsmayılov

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi