Modern.az

Qeyri-neft ixracı 47,2 faiz artıb

Qeyri-neft ixracı 47,2 faiz artıb

31 Yanvar 2022, 21:28

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci illə müqayisədə 870 milyon ABŞ dolları və ya 47,2 faiz artıb.

 

Modern.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadən bildirir ki, 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib.

 

Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.

 

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM