İqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Bakıda keçirilən görüşündə Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında məlumat paylaşıb.
"Macarıstanın xarici işlər və ticarət naziri cənab Peter Siyarto ilə iqtisadi əlaqələrimizin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr apardıq", - nazir qeyd edib.