Modern.az

Potensial investorlara məsləhətlər veriləcək

Potensial investorlara məsləhətlər veriləcək

İqtisadiyyat

4 Fevral 2022, 15:00

Maliyyə savadlılığı, maliyyə, investisiya sahəsində kifayət qədər bilik və bacarıqların olması  maliyyə bazarlarında vəziyyəti düzgün qiymətləndirmək, ağıllı qərarlar çıxarmaq üçün çox önəmlidir.  Maliyyə investisiya alətləri barədə  məlumatlı olmaq həm də insanlara təcrübədə bu alətlərdən istifadə edərək öz pul vəsaitlərini savadla idarə etməyə imkan verir.


Modern.az xəbər verir ki, məhz bu baxımdan da ictimaiyyət nümayəndələrində  əsil investor xarakterinin formalaşdırılması, investisiya etməyin üstünlükləri, investisiya şirkətlərinin seçim meyarları barədə  məluamtlanmaq üçün bu gündən  etibarən hər bazar ertəsi ASAN radioda “İnvestisiya vaxtı” verilişi saat 18:30 da efirdə olacaq.  


Verilişdə dinləyicilərə  yuxarıda qeyd edilən və  investisya sahəsinə dair digər faydalı, maarifləndirmə malumatları veriləcək.


Maliyyə memarlığının investisiya üslubu dinləyicilərdə  investisiya şirkətlərinə, alətlərə bu sahədə biliklərin inkişaf etdirilməsinə maraq yaratmaqla, ölkə ərazisində maarifləndirmə yolu ilə investisiya təşviqinin həyata keçirilməsi üçün də unikal tribuna rolunu oynayacaq.  

 

Verilişdə dinləyicilər canlı bağlantı vasitəsi ilə ekspertə birbaşa suallarını ünvanlamaq imknaı da əldə edəcəklər. Belə ki, kapital bazarı vasitəsi ilə əlverilşli şərtlərlə investisiya və vəsait cəlb etmək istəyən potensial müştərilərlə ünsiyyət qurularaq onlara efir vasitəsi ilə ölkənin yeganə maliyyə mühəndisi Azfinansce İnvestisiya şirkəgtinin direktoru İntiqam Səfərəliyev tərərfindən canlı investisiya məsləhəti xidməti də göstəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi