Modern.az

Artımın şamil olunduğu pensiyaçıların sayı AÇIQLANDI

Artımın şamil olunduğu pensiyaçıların sayı AÇIQLANDI

8 Fevral 2022, 12:27

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyaçılara xərclənəcək əlavə vəsaitin məbləği açıqlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək.

 

Rəsmi məlumata görə, bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi