Modern.az

Azəbaycan nefti yenidən BAHALAŞDI

Azəbaycan nefti yenidən BAHALAŞDI

İqtisadiyyat

10 Fevral 2022, 09:30

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,42% artaraq 97,46 dollar təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi