Modern.az

OPEC-in Azərbaycanla bağlı PROQNOZU

OPEC-in Azərbaycanla bağlı PROQNOZU

10 Fevral 2022, 22:55

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, 2021-ci ilin dekabrında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,75 milyon barel/sutka təşkil edib.

 

Həmçinin, vurğulanır ki, neft hasilatı əvvəlki ayla müqayisədə 6 min barel/sutka azalaraq orta hesabla 595 min barel/sutka təşkil edib. 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. 2022-ci ildə sutkada 0,08 milyon barel artım proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi