Modern.az

Cahangir Əsgərovun şirkəti Ermənistana 32 min avro ÖDƏYİB

Cahangir Əsgərovun şirkəti Ermənistana 32 min avro ÖDƏYİB

İqtisadiyyat

16 Fevral 2022, 17:17

Azərbaycanın milli aviadaşıyıcısı AZAL şirkəti Ermənistana aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro vəsait ödəyib.
 

Modern.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildiriblər.
 

Ötən il oktyabrın 6-dan Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Hava Yolları - (AZAL) Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
 

Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabr 2021-ci il tarixinədək “Armaeronavigation” tərəfindən aeronaviqasiya xidmətlərinin göstərilməsinin müqabilində AZAL-a şirkəti mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib. 
 

Ermənistan KİV-i iddia edib ki, Zəngəzur bölgəsində Goruis-Qafan magistral yolu ilə keçən İran yük maşınlarından Azərbaycan ayda təxminən 17 min avro alır.

“Bir çox hallarda bu məbləğ erməni idxalçılar tərəfindən kompensasiya edilir”, - agentlik bildirib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi