OPEC+ ölkələrinin Nazirlər Monitorinq Komitəsinin növbəti iclası başlayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, iclasda aprel ayında neft hasilatının artırılması məsələsi müzakirə olunacaq. Belə ki, "OPEC+" formatı çərçivəsində ötən ilin avqustundan bu yana hər ay gündəlik hasilatı 400 min barel artırmaq cədvəlinə bu ilin sentyabrınadək əməl ediləcəyi gözlənilir.
Komitə aprel ayındakı hasilatla bağlı qərarı razılaşdırsa, həmin qərar daha sonra başlayacaq "OPEC+" nazirlər konfransında təsdiqlənəcək. Mənbənin fikrincə, gündəlik hasilatı 400 min barel artırmaq planını aprel ayında da qüvvədə saxlanılacağı ehtimalı yüksək dəyərləndirilir.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.