2022-ci ilin fevral ayı ərzində əmək pensiyası alanların sayı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumata görə, 2022-ci ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 126,3 min nəfərdən çox olub.
Onlardan 99,1 min nəfərdən çoxu yaşa, 13,3 min nəfərdən çoxu əlilliyə, 13,9 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.