Modern.az

Neftin 300 dollara qalxması mümkün deyil

Neftin 300 dollara qalxması mümkün deyil

İqtisadiyyat

9 Mart 2022, 13:45

“Neftin qiymətinin 300 dollara çatması mümkün deyil. Qiymətin 300 dollar olması o deməkdir ki, dünya iqtisadiyyatına qıfıl vurmaq lazımdır”.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli neft qiymətlərinin proqnozları ilə bağlı danışarkən bildirib.

 

Ekspertin sözlərinə görə, belə olacağı təqdirdə, hər şeyin qiyməti o qədər fantastik hədlərə yüksələ bilər ki, artıq iqtisadi baxımdan davam etdirilə bilinməyən bir vəziyyət yaranar:

 

“Tarixi maksimumlar məlumdur ki, 149 dollar olub. Bu da 2008-ci ilin iyun-iyul aylarında, yəni təqribən 14 il bundan qabaq. İndi həmin hədlərə yaxın hədlər görə bilərik. Yəni 150, 180 dollara kimi artımları müvəqqəti olaraq görə bilərik. Amma 300 dollar məsələsini Rusiyanın energetika naziri tərəfindən səsləndirilimiş rəqəmdir və qeyri-realdır.

 

Bu da psixoloji bir bəyanat idi ki, bütün dünyada Rusiya neftinə qadağaların qoyulduğu dövrdə çəkindirmə məqsədi daşıyır”.

 

İqtisadçı neftin qiymətinin 300 dollar olması ehtimalının sıfıra yaxın olduğunu vurğulayıb.

 

Qeyd edək ki, bu proqnozla Rusiya baş nazirinin müavini Aleksandr Novak çıxış edib. O bildirib ki, Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, hətta neftin qiyməti 300 dolları keçəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi