Modern.az

İranla iqtisadi dövriyyəmiz 30 faiz artıb

İranla iqtisadi dövriyyəmiz 30 faiz artıb

İqtisadiyyat

11 Mart 2022, 20:55

Pandemiya şəraitini nəzərə alsaq Azərbaycan və İran arasında iqtisadi dövriyyənin 30 faiz artması çox yaxşı nəticədir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

 

Onun sözlərinə görə, bu ilin yanvar ayında isə təxminən 22 faiz ticarət əlaqələrimiz artıb.

 

“Bizim əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. Qeyd etməliyəm ki, 2050 İran şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir”, - deyə Baş nazirin müavini əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi