Modern.az

Yanvarda 10 faiz büdcə profisiti yaranıb

Yanvarda 10 faiz büdcə profisiti yaranıb

İqtisadiyyat

14 Mart 2022, 17:30

2022-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 2750,5 milyon manat, xərcləri isə 983,4 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən  (DSK) Modern.az-a verilən məlumata görə, daxilolmaların 26,6 faizi əlavə dəyər vergisi, 18,0 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,9 faizi vergilərin digər növləri, 41,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

 

Büdcə vəsaitlərinin 26,7 faizi sosial müdafiə və sosial təminatın, 20,1 faizi təhsil və səhiyyənin, 18,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,3 faizi ümumi dövlət xidmətlərinin, 11,4 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 11,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

 

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4626,1 milyon manat, xərcləri 2685,1 milyon manat təşkil edib, büdcənin icrasında 1941,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 10,1 faizi qədər profisit yaranıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi