2021-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 8.3 mlrd.dollar və ya ÜDM-in 15.2%-ni təşkil edib.
Modern.az Azərbayacan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2020-ci il üzrə 227.6 mln.dollar kəsir olub.
Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən 2.8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 7.7% artaraq 5.7 mlrd.dollar məbləğində olub.