Ötən il Azərbaycanın kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94.3 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 746.1 mln. dollar azalıb.
Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (15.9 mln.$) və neft-qaz sektorunun kreditləri (129.8 mln.$) hesabına artıb.
Dövlət kreditləri (546.8 mln. dollar), dövlət zəmanətli kreditlər (288.7 mln. dollar) və müəssisələrin kreditləri (56.3 mln. dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.6 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 35.4 mln. dollar artıb.