Modern.az

Hökumət bahalaşmaya qarşı tədbirlərə BAŞLAYIB

Hökumət bahalaşmaya qarşı tədbirlərə BAŞLAYIB

18 Mart 2022, 14:56

Enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəldib, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmlənib.

 

Bu barədə Azərbaycan Məkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, cari ilin fevral ayında hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılıb.

 

Bildirilib ki, ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?