2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 mln. ABŞ dolları artaraq 53.4 mlrd. ABŞ dollarını üstələyib.
Bu barədə Azərbaycan Məkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 mlrd. ABŞ dollarına yaxınlaşıb.