Milli valyutanın məzənnəsinin dayanıqlığı və monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam etməkdədir.
Bu barədə Azərbaycan Məkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə hazırda reallaşmaqda olan antiinflyasiya tədbirləri cari ildə inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcək:
"İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək".