Modern.az

"Tesla" Avropada ilk avtomobil fabrikini açdı

İqtisadiyyat

23 Mart 2022, 00:15

ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan "Tesla" Avropada ilk fabrikini açıb.

 

Modern.az xəbər verir ki, fabrik Almaniyanın paytaxtı Berlin şəhəri yaxınlığında yerləşir.

 

3000-dən çox işçisi olan müəssisənin açılışında Almaniya kansleri Olaf Şolz da iştirak edib.

 

Almaniyanın Brandenburq əyalətinin Qrünheide bölgəsində yerləşən avtomobil fabrikinin inşası 5 milyard avroya başa gəlib.

 

Fabrik təxminən 300 hektar ərazidə inşa edilib, ərazinin yarısı meşəlik olub. Şam meşəsi ilə örtülmüş müəssisənin ərazisi "Tesla"ya 41 milyon avroya satılıb. 92 hektar sahədə ağaclar kəsilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi