Modern.az

Bu neft yataqları yenidən işləniləcək

Bu neft yataqları yenidən işləniləcək

İqtisadiyyat

29 Mart 2022, 09:50

Buzovna-Maştağa, Qala və Zirə neft yataqları yenidən işləniləcək.

 

Modern.az xəbər verir ki, neft yataqlarının işlənməsi üçün sözügedən blokun bərpası həyata keçiriləcək.

 

Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında sazişin Milli Məclisdə müzakirəsi gözlənilir. 

 

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu günə planlaşdırılan iclasının gündəliyinə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi