Modern.az

Hibrid avtomobillər üçün kredit dərəcələri AZALDILACAQ

Hibrid avtomobillər üçün kredit dərəcələri AZALDILACAQ

İqtisadiyyat

29 Mart 2022, 13:55

Azərbaycan Mərkəzi Bankı Banklar Assosiasiyası ilə birgə ekoloji təmiz avtomobillərin alınması üçün kredit dərəcələrinin azaldılması məsələsi üzrə işlər aparır.

 

Modern.az-ın məlumatına görə, bunu "Toyota Center Baku"nun nümayəndəsi Eldəniz Cəfərov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda özəl sektor ekoloji təmiz avtomobillərə xidmət göstərilməsi üzrə müvafiq servis mərkəzləri yaratmaqla avtomobil istehsalçılarını dəstəkləyə bilər. Şirkət rəsmisi həmçinin deyib ki, burada  bank sektoru böyük rol oynayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi