Modern.az

Rusiyadan Avropanı qıcıqlandıran daha bir TƏKLİF

Rusiyadan Avropanı qıcıqlandıran daha bir TƏKLİF

30 Mart 2022, 13:10

Rublla ixrac edilən malların, o cümlədən taxıl, xam neft və taxta-şalban mallarının siyahısını genişləndirmək düzgün olardı.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

 

"Avropa ölkələrində rublla ödəniş etmək üçün bütün bazar imkanları var. Bunda faciə yoxdur. Pul olanda, amma mal olmayanda vəziyyət daha dəhşətlidir. Bundan başqa, rublla ixrac olunan malların: gübrələr, taxıl, neft, kömür, metallar və taxta-şalbanların siyahısını genişləndirmək ölkəmizə sərfəli olacaq”, - deyə Volodin bildirib.

 

Spiker qeyd edib ki, avropalı siyasətçilər danışıqları bitirməli, ölkələrinin niyə rublla ödəniş edə bilmədiklərini əsaslandırmaq üçün axtarışları dayandırmalıdır.

 

“Onlar dollara və avroya inamı sarsıtmaq üçün hər şeyi etdilər ki, Rusiya bu valyutalarla qarşılıqlı hesablaşmalardan imtina etsin”, - deyə spiker əlavə edib.

 

Xatırladaq ki, Rusiya neftinin rublla satılması barədə qərar Avropa ölkələri tərəfindən etirazla qarşılanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi