Modern.az

Metro işçilərinin maaşı 20 faiz artırılıb - RƏSMİ

Metro işçilərinin maaşı 20 faiz artırılıb - RƏSMİ

5 Aprel 2022, 09:40

“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb. Modern.az-ın əldə etdiyi məlumata görə, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:

“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.

 

Gülşən

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi