2022-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb.
Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, cari ildə ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 761,4 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,1 faizini təşkil edib.