Modern.az

Əhalinin yeyib-içmək xərcləri ÇOXALIB

Əhalinin yeyib-içmək xərcləri ÇOXALIB

İqtisadiyyat

7 Aprel 2022, 15:52

2022-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3989,1 milyon manat olub.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2052,7 milyon manata çatıb.

 

Rəsmi məlumata görə, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1936,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi