Modern.az

Azərbaycan nefti 5 faizdən çox UCUZLAŞDI

Azərbaycan nefti 5 faizdən çox UCUZLAŞDI

İqtisadiyyat

8 Aprel 2022, 09:58

"Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,93 ABŞ dolları və ya 5,46% azalaraq 102,69 dollar təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər