Modern.az

Bu il 130 ölkədən məhsul ALMIŞIQ

Bu il 130 ölkədən məhsul ALMIŞIQ

İqtisadiyyat

12 Aprel 2022, 16:40

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 91 ölkəyə ixrac, 130 ölkədən idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 7794,5 milyon ABŞ dolları təşkil edib.

 

Ticarət dövriyyəsinin 5822,0 milyon dollarını və ya 74,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 1972,5 milyon dollarını (25,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 3849,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artıb. 2022-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 39,4 faiz, real ifadədə 32,2 faiz artaraq 461,8 milyon dollar təşkil edib.

 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 39,3 faizi İtaliya, 11,8 faizi Türkiyə, 5,1 faizi Rusiya, 4,2 faizi Ukrayna, 3,9 faizi Çin, 3,3 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,3 faizi Portuqaliya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Tailand, hər biri 2,0 faiz olmaqla Birləşmiş Krallıq və Qazaxıstan, 1,8 faizi Almaniya, 1,6 faizi Hindistan, 1,5 faizi Tunis, 1,2 faizi Çexiya, hər biri 1,1 faiz olmaqla İspaniya və Rumıniya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

İxracın 51,5 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,3 faizini Ukraynaya, 3,4 faizini Yunanıstana, 3,0 faizini Portuqaliyaya, hər biri 2,7 faiz olmaqla Tailand və Gürcüstana, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 2,0 faizini Tunisə, 1,6 faizini Hindistana, 1,5 faizini Çexiyaya, 1,4 faizini İspaniyaya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarusa, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (33,2 faiz), Rusiyaya (25,8 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (4,5 faiz), İtaliyaya (4,2 faiz), ABŞ-a (2,5 faiz), Çinə (2,2 faiz), Ukraynaya (2,0 faiz), Rumıniyaya (1,9 faiz), Türkmənistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Bolqarıstana (1,3 faiz), Özbəkistana (1,3 faiz), Niderlanda (1,3 faiz), Almaniyaya (1,2 faiz), Belarusa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 15,2 faizi Çin, 14,3 faizi Rusiya, 7,9 faizi Qazaxıstan, 4,5 faizi Almaniya, hər biri 3,8 faiz olmaqla İran və Ukrayna, 2,5 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Yaponiya və Birləşmiş Krallıq, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Fransa və İndoneziya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Türkmənistan, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

2022-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 2,4 faiz, təzə tərəvəz – 40,5 faiz, tütün – 6,8 dəfə, kartof – 5,8 faiz, mineral gübrələr – 4,5 dəfə, emal olunmamış alüminium – 1,6 dəfə, qara metallardan borular – 35,6 faiz, qara metallardan çubuqlar – 11,0 faiz, sement klinkerləri – 12,7 faiz, bentonit gili – 27,1 faiz artmış, şəkər ixracı isə 35,3 faiz, bitki yağları – 31,2 faiz, meyvə və tərəvəz şirələri – 39,7 faiz, meyvə və tərəvəz konservləri – 15,8 faiz, çay – 38,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 50,3 faiz, pambıq lifi – 12,1 faiz, polietilen – 3,0 faiz, polipropilen – 18,0 faiz, pambıq ipliyi – 22,3 faiz, qara metallardan yarımfabrikatlar – 51,9 faiz azalıb.

 

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2022-ci ilin yanvar-fevral aylarında buğda idxalı 6,8 dəfə, bitki yağları – 1,8 dəfə, təzə meyvə – 15,5 faiz, xam şəkər – 34,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 40,7 faiz, unlu qənnadı məmulatları – 22,0 faiz, kartof – 10,9 faiz, quş əti və onun əlavə məhsulları – 48,5 faiz, minik avtomobilləri – 20,0 faiz, polad prokatı – 32,6 faiz, rezin şinlər – 1,6 faiz, sintetik yuyucu vasitələr – 8,9 faiz, avtobuslar – 2,3 dəfə, polietilen – 50,6 faiz, mebellər – 1,6 dəfə, məişət kondisionerləri – 4,2 dəfə, qara metallardan künclüklər – 1,6 dəfə, polipropilen – 19,8 faiz artmış, şokolad və şokolad məhsulları idxalı isə 8,5 faiz, çay - 9,1 faiz, təzə tərəvəz – 39,2 faiz, mal əti – 44,0 faiz, siqaretlər – 73,8 faiz, dərman vasitələri – 8,9 faiz, qara metallardan borular – 4,2 faiz, hesablama maşınları, blok və qurğuları – 15,2 faiz, qara metallardan çubuqlar – 16,8 faiz, yük avtomobilləri – 12,7 faiz, paltaryuyan maşınlar – 3,5 faiz, mineral gübrələr – 84,4 faiz, məişət soyuducuları – 31,0 faiz, sement – 17,9 faiz azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi