Modern.az

Azərbaycanda "AVRO-5" standartlı yanacağın istehsal olunacağı tarix AÇIQLANDI

Azərbaycanda

İqtisadiyyat

15 Aprel 2022, 10:54

Azərbaycanda 2022-ci ilin birinci yarısında "AVRO-5" standartlarına uyğun dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən "AVRO-5" standartlı benzin istehsalının başlaması nəzərdə tutulub.

 

Modern.az-ın məlumatına görə, bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) "Modernizasiyası və yenidənqurulması" layihəsinə həsr olunmuş mətbuat konfransında deyib.

 

Şirkət rəsmisi qeyd edib ki, NEZ-in modernləşdirilməsi üzrə işərə 2026-cı ilədək davam etməsi planlaşdırılır:

 

"Layihə çərçivəsində tikinti işlərinin birinci mərhələsini 2023-cü ilin sonunadək başa çatdırmaq planlaşdırılır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi