Modern.az

Bu il devalvasiya olacaq? – EKSPERT RƏYİ

Bu il devalvasiya olacaq? – EKSPERT RƏYİ

İqtisadiyyat

15 Aprel 2022, 16:46

Bu il Azərbaycanda devalvasiya gözlənilmir.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert  Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, cari il ərzində məzənnə dəyişikliyi üçün ciddi əsas yoxdur. Lakin ekspert növbəti illərdə devalvasiyanın qaçılmaz olduğunu düşünür:

 

“Devalvasiyanın olmaması böyük pullar hesabına başa gəlir. Bu, həm ölkənin xarici siyasət saldosunda, tədiyə balansında daha yaxşı nəticələrin alınması, eyni zamanda ixracın stimullaşdırılması üçün lazımdır. Ancaq bunun iqtisadiyyata vuracağı ciddi təsirlər də var. 2022-ci il ərzində devalvasiyanın olacağını gözləmirəm”.

 

Ekspert real vəziyyəti təhlil edərək, belə qənaətə gəldiyini söyləyib:

 

“Ölkədə mövcud valyuta ehtiyyatları, Mərkəzi Bankın aylıq valyuta satış dinamikasında ilin əvvəlindən bəri tədricən azalma tendensiyası, o cümlədən idxalda müəyyən məhdudiyyətlərin olması, ölkədən valyuta çıxışına səbəb olan kanalların nəzarətdə saxlanılması və digər proseslər var ki, hazırda manata təzyiq yaratmır. Eyni zamanda, neft qiymətlərinin bugünkü vəziyyəti təzyiqləri azaldır. Başqa sözlə, makroiqtisadi tarazlığın qorunması üçün manatın məzənnə stabilliyinə üstünlük verilir. Bu, günün real görüntüsüdür”.

 

“Bu il devalvasiyanın olacağını gözləmirəm. Mən subyektiv olaraq təhlillərimə əsasən deyirəm ki, olmayacaq. Bəlkə də yanılıram. Fərqli qərarlar alına bilər. Ancaq real olaraq hazırda devalivasiya üçün heç bir səbəb və şərait yoxdur. Məncə, il boyunca  devalivasiya olmayacaq”, - deyə ekspert fikirlərinə aydınlıq gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi