Bu ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,8 dəfə artaraq 288 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 48,1 faizi hüquqi şəxslərin, 51,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,1 dəfə artaraq 137 milyon manat təşkil edib.